Çinin cənub-qərbindəki Quyçjou əyalətində yerləşən dünyanın ən hündür körpüsü bazar günü nəqliyyatın hərəkəti üçün açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, körpü üç illik tikintidən sonra dərə ilə səyahət vaxtını iki saatdan cəmi iki dəqiqəyə endirəcək. pizza mizza
Quyçjou dağlıq bölgəsində Beypan çayından 625 metr hündürlükdə yüksələn körpü San-Fransiskodakı Qızıl Qapı körpüsündən təxminən doqquz dəfə hündürdür.
Əsas dayaqları arasındakı məsafə 1420 metr olan körpü dağlıq ərazidə inşa edilmiş ən uzun polad asma konstruksiyadır. Körpünün ümumi uzunluğu 2890 metrdir.
Telegram kanalımız