AZ

Sulu yeməklərdən imtina etsək, NƏ OLAR?

Azərbaycan mətbəxində şorbalar hər zaman xüsusi yer tutub. Lakin son illər bəzi insanlar gündəlik menyudan sulu yeməkləri çıxararaq, daha çox quru və sürətli qidalanmaya üstünlük verirlər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vərdiş sağlamlığa mənfi təsir göstərə bilər.

BAKU.WS-in məlumatına görə, şorbanın əsas faydalarından biri həzm sistemini yüngülləşdirməsidir. Maye tərkibli yeməklər bağırsaqların fəaliyyətini aktivləşdirir, qəbizliyin qarşısını alır. Bundan başqa, şorbalar orqanizmin maye balansının qorunmasına kömək edir. Əgər kifayət qədər su içilmirsə, sulu yeməklər bu çatışmazlığı müəyyən qədər kompensasiya edir.

Dietoloqlar bildirir ki, tərəvəzli şorbalar vitamin və minerallarla zəngindir, onların rasiondan çıxarılması isə orqanizmdə qida maddələrinin azalmasına səbəb ola bilər. Digər mühüm məqam isə doyumluluq hissidir. Şorba insanı daha tez tox tutur, bu da artıq çəki riskini azaldır.

Mütəxəssislər tövsiyə edir ki, gündə ən azı bir dəfə sulu yemək – şorba və ya tərəvəzli isti yeməklər qəbul edilməlidir. Bu, həm ümumi sağlamlığın qorunması, həm də balanslı qidalanmanın təmin edilməsi üçün vacibdir.

Seçilən
13
1
far.az

2Mənbələr