İspaniya La Liqasının 7-ci turunda “Barselona” və “Real Sosyedad” komandaları qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, görüş Barselonadakı “Olimpik Lyuis Kompanis” stadionunda baş tutub və 2:1 hesabı ilə kataloniyalıların xeyrinə yekunlaşıb.
31-ci dəqiqədə Alvaro Odriosola “Real Sosyedad”ı önə çıxarıb. 43-cü dəqiqədə Jul Kunde hesabı bərabərləşdirib, 59-cu dəqiqədə isə Robert Levandovski “Barselona”ya qələbəni təmin edən qolu vurub.
Bu nəticədən sonra “Barselona” 19 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. “Real Sosyedad” isə 5 xalla 17-ci yerdədir.
Növbəti turda “Barselona” 5 oktyabrda “Sevilya”nın qonağı olacaq, “Real Sosyedad” isə eyni gün “Rayo Vallecano”nu qəbul edəcək.