AZ

Moldovada yenə də xaricdə yaşayan vətəndaşların səsi seçkilərdə həlledici ola bilər

Ekspertlər hesab edir ki, xaricdə yaşayan moldovanların seçici fəallığı həm say, həm də simvolik baxımdan mühüm rol oynayacaq...

Moldovada parlament seçkilərinin taleyində ölkə xaricində yaşayan vətəndaşların səsi yenidən həlledici əhəmiyyət daşıya bilər.

Poliqon xəbər verir ki bu barədə Niderlandda fəaliyyət göstərən Noroc Olanda diaspor qrupunun həmtəsisçisi və Diplomatiya və Beynəlxalq Münasibətlər İnstitutunun elmi əməkdaşı Dorina Baltag “Politico”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, son onillikdə diaspor bir sıra seçkilərdə əsas siyasi qüvvə rolunu oynayıb və xüsusilə Avropa İttifaqı ilə inteqrasiya tərəfdarlarının sabit dəstəyini təmin edib. Baltag vurğulayıb: “Diaspora son on ildə ən ardıcıl avropayönlü elektoratlardan birinə çevrilib. Onların seçkilərdə fəal iştirakı çox vaxt gərgin siyasi mübarizədə üstünlük balansını müəyyənləşdirir”.

Müşahidəçilər qeyd edirlər ki, Moldovanın xaricdəki vətəndaşlarının əksəriyyəti Avropanın müxtəlif ölkələrində yaşayır və onların səsverməyə qatılması həm seçkilərin nəticələrinə təsir göstərir, həm də ölkənin siyasi kursu üçün güclü mesaj xarakteri daşıyır.

Ekspertlərin fikrincə, bu seçkilərdə də diasporun mövqeyi hökumətin Avropa İttifaqı ilə əməkdaşlıq siyasətinə dəstəyin davamlı olub-olmadığını müəyyənləşdirəcək və ölkə daxilindəki siyasi qüvvələr üçün mühüm göstərici rolunu oynayacaq.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr