AZ

Lukaşenkodan Trampa: Spekulyasiya etməyin!

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı Amerika silahlarının Avropa ölkələrinə mümkün satışı ilə bağlı spekulyasiya etməməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə “Belarus-1” məlumat yayıb.

Onun fikrincə, AB ölkələri Amerika silahlarının pulunu ödəyə də bilər, yaxud əksinə...

"Necə ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden silahları təhvil verirdi, lakin onlar Ukraynada qaldı. Kimin nə ödədiyini yoxlayacaqsınız?" - Lukaşenko bildirib.

O, hesab edir ki, belə bir vəziyyətdə razılaşmalar öncədən özəl şəkildə əldə olunmalı və nəticələr sonra müzakirə edilməlidir.

Seçilən
6
axar.az

1Mənbələr