Dövlət Dumasının deputatı və LDPR lideri Leonid Slutski federal büdcənin yükünü azaltmaq üçün miqrantlar üçün sosial pensiyaların ləğvini təklif edib.
"Rusiya hazırda kritik an yaşayır. Hərbi, sosial, demoqrafik və digər problemlər - bütün bunlar böyük resurs tələb edir. Hər qəpiyə dəyər",- millət vəkili bildirib. Dominos pizza
Slutski dövlətin "çox vaxt Rusiyaya və rus xalqına xor baxan” miqrantlara pensiya ödəməsini dayandırmasını istəyib.
Bundan əvvəl Slutski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun BMT Baş Assambleyasındakı çıxışını şərh edib. Deputatın sözlərinə görə, nazir rusofobları və Qərb hegemonluğunun tərəfdarlarını "utandırıb”.(cebheinfo)