Türkiyə Superliqasında 7-ci turun oyunları davam edir.
QOL.az xəbər verir ki, bu gün “Fənərbaxça” öz meydanında “Antalyaspor”u qəbul edib.
Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Fənərbaxça" 15 xalla 2-ci, "Antalyaspor" 10 xalla 8-ci yerdə qərarlaşıb. Siyahıya "Qalatasaray" 21 xalla liderlik edir.
28 sentyabr
"Fənərbaxça" – "Antalyaspor" - 2:0
Qollar: Talişka, 65 - pen; Şimanski, 90+2