AZ

Yaşlanmaqdan qorxmayın Gec yaşlanmağın sirləri açıqlandı

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaşlanma insan həyatının qaçılmaz mərhələsi olsa da, onun sürəti əsasən həyat tərzindən asılıdır.

Milli.Az-ın məlumatına görə, genetika müəyyən rol oynasa da, gündəlik vərdişlər və seçimlər gəncliyi uzun müddət qorumaqda daha təsirli hesab olunur.

Mütəxəssislər gec yaşlanmağın əsas yollarını belə sadalayır:

Sağlam qidalanma - Giləmeyvə, yaşıl çay, qoz-fındıq və tünd şokolad kimi antioksidant mənbələri hüceyrələri sərbəst radikallardan qoruyur. Balıq, avokado və zeytun yağı kimi "Omega-3" zəngin qidalar ürək-damar sistemini gücləndirir və dərini elastik saxlayır. Şəkərin azaldılması isə kollagenin qorunmasına, nəticədə dərinin gənc qalmasına yardım edir.

Su balansı - Gün ərzində kifayət qədər su içmək həm hüceyrələrin ömrünü uzadır, həm də dərinin nəmliyini təmin edir.

Fiziki aktivlik - İdman qan dövranını gücləndirir, əzələ və sümükləri möhkəmləndirir. Hətta hər gün 30 dəqiqəlik piyada gəzmək belə yaşlanmanı ləngidir.

Stressin azaldılması - Daimi gərginlik immun sistemini zəiflədir və dərinin daha tez qocalmasına səbəb olur. Meditasiya, yoga, nəfəs məşqləri və hobbilərlə məşğul olmaq stressin təsirini minimuma endirir.

Yuxunun keyfiyyəti - Orqanizm yuxu zamanı bərpa olunur. Gecə 7-8 saat yatmaq həm beyin, həm də bədənin yenilənməsi üçün vacibdir.

Günəşdən qorunmaq - Ultrabənövşəyi şüalar dəridə ləkə və qırışların yaranmasına gətirib çıxarır. Günəş kremindən istifadə etmək və günəşin ən güclü vaxtlarında açıq havada uzun müddət qalmamaq tövsiyə edilir.

Zərərli vərdişlərdən imtina - Siqaret, spirt və passiv həyat tərzi qocalmanı sürətləndirir. Əksinə, sağlam vərdişlər ömrü uzadır.

Müsbət münasibət və sosial əlaqələr - Sevinc, ünsiyyət və dostluq psixoloji sağlamlıqla yanaşı, fiziki sağlamlığa da müsbət təsir göstərir.

Nəticə etibarilə, gənc qalmağın açarı bahalı prosedurlarda deyil, gündəlik həyat tərzində gizlidir.

Hüseyn

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
2
news.milli.az

6Mənbələr