ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə atışma nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Bildirilib ki, atəş açan 40 yaşlı kişi zərərsizləşdirilib, 10 nəfər isə yaralanıb. Yaralananlardan biri isə xəstəxanada ölüb.
Məlumata görə, şübhəli şəxs avtomatla kilsəyə toplaşanlara atəş açıb, daha sonra isə binanı yandırıb.
Araşdırma davam etdirilir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta