AZ

Sandunun partiyası Moldovada təkbaşına hökumət qura biləcək

İlkin nəticələrə görə, PAS parlamentdə mütləq çoxluq əldə edib...

Poliqon xəbər verir ki, Moldovada keçirilən parlament seçkilərinin ilkin nəticələri prezident Maya Sandunun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyasına (PAS) böyük üstünlük qazandırıb. Alegeri.md portalının açıqladığı məlumatlara görə, yeni çağırış parlamentdə PAS 52 mandat əldə edir. Bu isə parlamentin 101 yerindən mütləq çoxluq deməkdir və partiyaya hökuməti koalisiya tərəfdaşlarına ehtiyac duymadan formalaşdırmaq imkanı yaradır.

Ekspertlərin qiymətləndirməsinə əsasən, belə nəticə Sandunun siyasi komandasının seçicilər arasında etimadının artdığını göstərir. Qeyd olunur ki, seçicilər Avropa İttifaqı ilə yaxınlaşma, korrupsiyaya qarşı sərt mübarizə və idarəetmədə şəffaflığın təmin edilməsi istiqamətində atılan addımları dəstəkləyiblər.

Əgər rəsmi nəticələr də ilkin proqnozları təsdiqləsə, bu, Moldovanın siyasi həyatında yeni mərhələ olacaq. Son illərdə ölkədə hökumət qurmaq üçün müxtəlif koalisiyalara ehtiyac duyulurdu və bu, tez-tez siyasi böhranlarla nəticələnirdi. PAS-ın mütləq çoxluq əldə etməsi isə sabit idarəetməyə zəmin yarada bilər.

Müşahidəçilər bildirirlər ki, yeni hökumətin qarşısında ən ciddi vəzifələrdən biri sosial-iqtisadi islahatların həyata keçirilməsi və Moldovanın Avropa inteqrasiyası yolunda sürətli irəliləyişin təmin olunması olacaq.

Poliqon.info

Seçilən
25
poliqon.info

1Mənbələr