AZ

Kanadada hava limanları terminalların nasazlığına görə fəaliyyətini dayandırıb

Kanadada

Kanada Sərhəd Xidmətləri Agentliyinin (CBSA) özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq ölkə daxilində hava limanlarının bağlanmasına səbəb olub.

Bu haqda CTV-nin məlumat yayıb.

“CBSA-nın özünəxidmət qeydiyyat köşklərində yaranan nasazlıq səbəbindən yüzlərlə, hətta minlərlə sərnişin təyyarələrdə qalıb və ya ölkənin çoxsaylı hava limanlarında uzun izdihamlarla üzləşib”, - kanal bildirib.

Ölkənin sərhəd xidməti nasazlığın aradan qaldırılması üzərində işlədiyini bildirib.

Seçilən
10
8
xalqcebhesi.az

9Mənbələr