AZ

NATO baş katibi: Zelenski bilməlidir ki...

BAKI, 29 sentyabr. TELEQRAF

“Rusiya-Ukrayna müharibəsinin danışıqlar yolu ilə bitəcəyinə ümid edirəm”.

Teleqraf xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Ukraynaya gəlincə, çox güman ki, bu məsələ danışıqlarla yekunlaşacaq. Amma Zelenski bilməlidir ki, onun ölkəsi istənilən sülh sazişindən və ya atəşkəsdən sonra da müdafiə olunmalıdır”, - alyans rəhbəri bildirib.

Rutte danışıqlar prosesində ABŞ-Avropa İttifaqı əməkdaşlığının vacibliyini qeyd edib.

Seçilən
13
teleqraf.com

1Mənbələr