AZ

Ağcabədidə yol qəzası: Hərbçi ağır xəsarət aldı

Ağcabədidə yol nəqliyyat hadisəsi zamanı hərbçi ağır xəsarət alıb

News24.az RTV-yə istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Muğanlı kəndində baş verib. 

1984-cü il təvəllüdlü Salman Alıyev idarə etdiyi "VAZ"2107 markalı 05 BX 026 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik xəttinin dəmir şalbanına çırpılıb.

Qəza zamanı S.Alıyev Ağır xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

S.Alıyevin hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır


Seçilən
54
6
news24.az

7Mənbələr