AZ

Tanınmış professordan qorxunc açıqlama

Kütahyanın Simav rayonunda dünən qeydə alınan 5,4 maqnitudalı zəlzələ ilə bağlı açıqlama verən professor Şener Üşümezsoy bu təkanların daha böyük bir zəlzələnin xəbərçisi ola biləcəyini bildirib.

Publika.az xəbər verir ki, professor baş verən sarsıntının fay xəttindəki kilidlənmiş əsas hissənin deyil, onun kənarlarının qırılması nəticəsində meydana gəldiyini qeyd edib:

“Simav şəhərinin altında bir fay düzləmi var. 5,4 ballıq zəlzələ həmin kilidlənmiş hissənin kənarında baş verən yırtılmadır. Əsas qırılma hələ baş verməyib”.

Mütəxəssis, Simav fayının iki ayrı seqmentdən ibarət olduğunu və hər birinin 6,5 bal gücündə zəlzələ törətmə potensialına sahib olduğunu vurğulayıb:

“Əgər bu iki seqment birlikdə qırılarsa, 6,7 bal gücündə zəlzələ baş verə bilər. 1970-ci ildə Alaşehir bölgəsində 40 kilometrlik fay qırılaraq 6,7-6,8 ballıq zəlzələyə səbəb olmuşdu. Simav və Sındırğı bölgəsində də bu risk mövcuddur”.

Seçilən
22
5
publika.az

6Mənbələr