AZ

Yalnız “Qarabağ”la “Turan Tovuz” qələbə qazandı Tura baxış

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Misli Premyer Liqasının VI turu daha çox heç-heçələrlə yadda qaldı. Keçirilən altı qarşılaşmandan dördündə qalib müəyyənləşmədi. Xüsusilə də debütantlar “İmişli” ilə “Karvan-Yevlax”ın favorit sayılan rəqiblərlə oyunlarda uduzmaması diqqəti cəlb etdi. “Qarabağ” isə yavaş-yavaş çempionata ağırlığını qoymaqdadır. “Köhlən atlar”ın bir oyunu təxirə salınıb. Qurban Qurbanovun komandası itirilmiş xalların sayına görə çempionatın lideridir.

"İmişli" – "Zirə" 1:1 

Qollar: Dioqo Rollo, 26 - Davit Volkov, 80.

“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 10. Nikola Karaklaiç, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli.

Baş məşqçi: Jorje Kaşkilya.

“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 4. Ruan Renato, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 11. Junior Martins, 17. Ayron Qomis.

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 25. Enrike Kustodio, 30. Rikardo Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.

Baş məşqçi: Rəşad Sadıqov.

“İmişli” Şamaxıdan sonra Qubanı da özünə doğmalaşdırır. İlk turda “Turan Tovuz”a son saniyələrdə gələn qolla uduzan “İmişli” o zamandan bəri məğlubiyyətin nə oldğunu unudub. Sözsüz ki, “Sumqayıt”la qarşılaşmadakı texniki məğlubiyyəti nəzərə almasaq, “İmişli” 90 dəqiqə ərzinda uduzmağı sevmir. Aran təmsilçisi bu dəfə “Zirə”ni büdrətdi. 26-cı dəqiqədə Rollo hamıdan tez tərpənib hesabı açdı. Qoldan sonra da bir neçə epizodda “İmişli” “Zirə”nin qapısına yol tapmağa yaxın oldu. Qəsəbə təmsilçisi yalnız ikinci hissədə özünə gəldi və məğlubiyyətdən qaçmağı bacardı. Rəşad Sadıqovun üzünü güldürən qola gürcüstanlı Volkov 80-ci dəqiqədə imza atdı. Hərəyə bir dəfə fərqlənən tərəflər meydandan da 1 xalla ayrıldılar.

“İmişli” artıq 8-ci xalını qazandıb. Bu xal ehtiyatı onlara 7-ci pilləni tutmağa imkan verir. “Zirə” isə 12 xalla 2-ci pillədə qərarlaşıb.

"Qarabağ" – "Qəbələ" 2:0

Qol: Abdullah Zubir, 16. Musa Qurbanlı, 90+3.

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 11. Emmanuel Addai 17. Kamilo Duran.

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 30. Abbas Hüseynov 77. Ramil Şeydayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 7. Nəriman Axundzadə 32. Hikmət Cəbrayılzadə 3. Sami Mmae 18. Dani Bolt 6. Kris Kuaku 21. Aleksey Kaşuk.

Baş məşqçi: Qurban Qurbanov.

“Qəbələ”: 1. Səlahət Ağayev (k) 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 94. Həbib Hüşənov 11. Asif Məmmədov 28. Murad Musayev 22. Fərid İsgəndərov 97. Elşad Tağıyev 7. Rüfət Əhmədov 66. Nuğay Rəşidov 26. Elnur Mustafayev 17. Qədir Ramazanov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 70. Paulo Quimbila.

Baş məşqçi: Kaxaber Tsxadadze.

“Qəbələ”nin ilk dəqiqələrdən azlıqda qalması “Qarabağ”ın işini asanlaşdırsa da, çətin ki, kimsə “köhlən atlar”ın bu qarşılaşmada qələbə qazanacağına şübhə edirdi. Hər halda, “Qarabağ” çətinlik çəkmədən növbəti 3 xalını qazandı. Zubirin 16-cı dəqiqədə vurduğu qol “Qarabağ”ın ilk hissəni öndə tamamlamasını təmin etdi. Fasilədən sonra da “köhlən atlar” özlərini meydanın əsl sahibi kimi aparırdılar. Amma “Qəbələ”nin sıx müdafiəsi və Səlahət Ağayevin inamlı oyunu hesabın dəyişməsinə imkan vermirdi. Bununla belə, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Musa Qurbanlı adını tabloya yazdırmağı bacardı. Beləliklə, 2:0 hesabıyla qələbə qazanan “Qarabağ” hələki 10 xalla beşinci sırada qərarlaşıb. 4 xalı olan “Qəbələ” isə yalnız “Kəpəz”i qabaqlayır.

“Şamaxı” – “Araz-Naxçıvan” 1:1 

Qollar: Rüfət Abbasov, 28 - Şarl Boli, 73.

"Şamaxı": 1. Rikardo Fernandes (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 19. Abdullahi Şuaybu, 8. Alfons Msanqa.

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 6. Antonio Lara.

Baş məşqçi: Ayxan Abbasov.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 2. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 6. Patrik Andrade, 29. Vanderson Melo, 7. Hamidu Keyta, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Çarlz Boli.

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 19. Bar Kohen.

Baş məşqçi: Elmar Baxşıyev.

Turun ikinci oyun gününə Şamaxıda start verildi. Bəribaşdan qeyd edim ki, burda da Qubadakı ssenari yaşandı. Əvvəlcə meydan sahibləri önə keçdi. “Şamaxı”nın qolunu 28-ci dəqiqədə Rüfət Abbasov vurdu. Bu qol meydan sahiblərinə özünəinam verdi və onlar uzun müddət rəqibdən üstün göründülər. Amma bir gün əvvəl keçirilən qarşılaşmada olduğu kimi, ehtiyat qüvvə nəticəni müəyyənləşdirən həlledici amil oldu. İkinci hissədə əvəzetmələrlə oyunu gücləndirməyə çalışan Elmar Baxşıyev istəyinə çatdı. Şarl Boli “Araz Naxçıvan”ı məğlubiyyətdən qurtaran qol imza atdı. Hesabdan razı görünən tərəflər növbəti qolu vurmağa o qədər də can atmayınca qarşılaşma 1:1 hesabıyla da yekunlaşdı.

6-cı xalını aktivinə yazan “Şamaxı” indilik 9-cu sırayla kifayətlənməlidir. Xal itkisi “Araz Naxçıvan”ın bir pillə geriləməsinə səbəb oldu. Muxtar Respublika təmsilçidi 11 xalla 4-cü pilləni tutur.

“Neftçi” – “Karvan-Yevlax 0:0

"Neftçi": 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 22. Luis Ortis.

Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 23. Cordan Rezabala, 28. Alessio Kurçi.

Baş məşqçi: Samir Abasov.

"Karvan": 1. Kamran İbrahimov, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 2. Şakil Sno, 12. Vitor Roşa, 11. Kayl Spens, 19. Tompson Qavi, 3. Said İranxan, 8. Peter Kings, 21. İmani Barker, 4. Olavale Doyeni

Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 5. Nika Çaçaşvili, 37. Mois Nqvisani, 10. Samuel Durrant.

Baş məşqçi: Azər Həşimov.

“Neftçi” haqqında danışılanda iddia olunurdu ki, Samir Abasovun komandasının böhrandan çıxması üçün bir qələbə kifayət edəcək. Ötən tur da həmin qələbə “Sumqayıt” üzərində qazanıldı. Amma görünən odur ki, böhrandan çıxmaq üçün bir qələbə də kifayət deyilmiş. “Neftçi” doğma meydanda “Karvan-Yevlax”ı üstələyə bilmədi. Yevlaxlılar buna görə qapıçı Kamran İbrahimova minnətdar olmalıdılar. Bu yerdə onu da xatırladaq ki, İbrahimov elə “Neftçi”nin yetirməsidir və uzun müddət “ağ-qaralar”ın heyətində çıxış edib. Sadəcə, bəyənilmədiyindən xoşbəxtliyi başqa komandalarda axtarmalı olub. Hər halda onun “Neftçi”yə qarşı oyuna yüksək motivasiyada çıxmasını anlamaq olar.

0:0 heç-heçə “Neftçi” azarkeşlərini məyus etməklə yanaşı komandanın vacib xallar itirməsinə də səbəb oldu. Cəmi 7 xalı olan “Neftçi” liderlər qrupundan xeyli uzaqda, 8-ci sıradadır. “Karvan-Yevlax” 5-ci xalını qazanıb, 10-cu sıraya yüksəldi.

"Turan Tovuz" – "Kəpəz" 3:0 

Qollar: Aleks Souza, 33. Joarlem Santos, 35. Filip Ozobiç, 46. 

“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 88. Faiq Hacıyev (k), 5. Roderik Miller, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.

Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. Vadji İbrahima.

Baş məşqçi: Kurban Berdiyev.

“Kəpəz”: 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 9. Luis Paçu, 11. Vitor Feijao, 29. Dioqo Verdaska, 24. Olavale Onanuqa, 12. Mahamadu Ba (k), 19. Otar Aptsiauri, 38. Cefferson Bentu, 6. Pedro Qomeş.

Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 10. Ryonosuke Ohori, 55. Kresus Donqo.

Məşqçi: Xaliq Mərdanov.

Hazırda “Kəpəz” elə vəziyyətdədir ki, Gəncə təmsilçisi ilə qarşılaşan rəqiblər rahat nəfəs alır, asanlıqla 3 xal qazanacağını düşünür. “Turan Tovuz” da elə bu cür davrandı. Kurban Berdiyevin komandası ötən tur Masazırda xalsız qalmalarını “Kəpəz”in qapısına 3 cavabsız top vurmaqla unutdurdular. Bu qələbə həm də onunla əlamətdar oldu ki, qərb təmsilçisi liderliyə yüksəldi. Tovuzluları təəssüfləndirən təkcə bir məqam ola bilər ki, Ozobiçin qolundan sonra təxminən 45 dəqiqəlik zaman olsa da, hesabı artırmaq mümkün olmadı. Kim bilir, bəlkə də, qərb təmsilçisi qonşusunu daha çətin vəziyyətə salmaq istəmədi.

12 xallı “Turan Tovuz” “Zirə”ni taxtdan salıb, 1-ci pilləyə yüksəldi. İndiyə qədər keçirdiyi bütün görüşlərdə uduzan “Kəpəz” isə sonuncudur.

"Sabah" – "Sumqayıt" 1:1

Qollar: Coy Lens Mikels, 26 - Rüstəm Əhmədzadə, 35.

"Sabah": 92. Stas Pokatilov, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 18. Pavol Safranko (k), 21. Velko Simiç, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Umarali Raxmonaliyev.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rustam Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 19. Aron Maluda, 53. Andrey Santos

Baş məşqçi: Valdas Dambrauskas.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 3. Höccət Haqverdi, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 10. Nikola Ninkoviç, 72. Rayan Senhadji, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 14. Pedro Pinto, 23. Ronaldo Vaskez, 71. Masaki Murata

Baş məşqçi: Saşa İliç.

“Sabah”ın üzü yenə də gülmədi. İddialı komanda bu cür qarşılaşmalarda xal itirməməlidir. Litvalı çalışdırıcı Valdas Dambrauskasın komandasının oyunu iddialara uyğun gəlmir. Düzdür, “Sabah”ın iki qolu VAR-a baxıldıqdan sonra ləğv olundu. Amma ümumilikdə də meydan sahibləri qələbəyə layiq oynamır, “Sumqayıt”ı açıq-aşkar üstələməyi bacarmırdılar. Buna görə də 1:1 hesablı heç-heçə də görüşün ədalətli nəticəsi sayıla bilər. Mikelsin 26-cı dəqiqədə vurduğu qola Rüstəm Əhmədzadə heç 10 dəqiqə keçmədi ki, cavab verdi. Tərəflər bir müddət qaranlığa qərq olan stadionda bundan artığını bacarmadılar.

Masazırda qazanılan 1 xal “Sumqayıt”ın işinə yaradı. 11 xallı “gənclik şəhəri”nin təmsilçisi “Araz Naxçıvan”ı üstələyib, 3-cü pilləyə yüksəldi. “Sabah” isə 8 xalla 6-cı sırada yer alır. 

Amal Abuşov

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
148
11
fanat.az

10Mənbələr