AZ

Bakının yol xəritəsi hazırlanır -

Azərbaycan 170 min dollarlıq sərmayə ilə çıxış edib və bu təşəbbüsə 10 trilyon dollarlıq vəsaitin qoşulması gözlənilir. Hazırda biz Bakının yol xəritəsini hazırlayırıq ki, bu maliyyəni daha da artıraq.Metbuat.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 tədbirində söyləyib. "Bu, böyük rəqəmlərdir. Biz tematik sahələrə toxunduq, məlumatlandırmanı artırdıq və bir çox keyfiyyət elementlərinə təsir göstərdik. Hökumətləri söz verməyə, turizm və digər sahələrə investisiya yatırmağa təşviq etdik. Əsas məqsədimiz ölkələrin öhdəliklərə əməl etməsini təmin etməkdir", - deyə o əlavə edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
12
1
metbuat.az

2Mənbələr