AZ

Muxtar Babayev: Donor ölkələr 2030 cu ilə qədər iqlim böhranına 350 milyard dollar ayıracaq

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Donor ölkələr iqlim böhranı ilə bağlı 2030-cu ilə kimi 350 milyard dollar vəsait ayırmağı öhdələrinə götürüblər.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirdəki çıxışında deyib.

Muxtar Babayev Azərbaycanın donor ölkələrin öz öhdəliklərini yerinə yetirməsi üçün çalışdığını və ayırılacaq vəsaitinin daha da artırılması üzərində işlədiyini bildirib.

Prezidentin nümayəndəsi ötən il Azərbaycanın “COP29” tədbirinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayaraq qeyd edib ki, Azərbaycana bu tədbirin real faydaları olub.

“Tədbirdən əvvəl şübhə var idi ki, Azərbaycan belə böyük və əhəmiyyətli tədbirə ev sahibliyi edə biləcək yoxsa yox. Biz sübut etdik ki, Azərbaycana böyük tədbirlərin keçirilməsində etimad etmək olar. “COP29-da 70000-ə yaxın nümayəndə iştirak edib. Biz bu tədbirin qazanclarını da görmüşük. “COP29” sayəsində insan resurslarımızı inkişaf etdirə bilmişik, beynəlxalq tərəfdaşlıqlar yaratmış və uğurlu idarəetmə sahəsində reputasiya qazanmışıq, müxtəlif ölkələri turizm sektoruna və digər sahələrə investisiya qoymağa təşviq etmişik”- Muxtar Babayev qeyd edib.

Prezidentin nümayəndəsi donor ölkələrin öz öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayıb və “COP29” irsinin davam etdirilməsinin əhəmiyyətini ifadə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
3
apa.az

4Mənbələr