AZ

Azərbaycanda problemli kreditlərin məbləği 12% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin sentyabrın 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 530.9 milyon manat təşkil edib.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 0.3%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 12.2% artıb.

Sentyabr ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
14
banco.az

1Mənbələr