ain.az bildirir, Oxu.az portalına istinadən.
Qızılın qiyməti bazar ertəsi səhər bahalaşaraq satış zamanı daha bir rekorda çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə birja məlumatında bildirilir.
Bakı vaxtı ilə saat 9:47-yə olan məlumata görə, Nyu-Yorkun "Comex" birjasında dekabr ayı üçün qızıl füçerslərinin qiyməti əvvəlki bağlanışa nisbətən 23.55 dollar və ya 0.62% artaraq 1 Trua unsiyası üçün 3 832.55 dollar təşkil edib. Daha əvvəl satış zamanı bu rəqəm bir unsiya üçün 3 840.3 dollar olmaqla yeni rekord həddə çatmışdı.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.