SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Ağsu Regional qaz istismarı İdərəsinin bir qrup əməkdaşı ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Birlik rəhbəri hər bir əməkdaşın iş şəraiti ilə yaxından maraqlanıb. Baş direktorla görüşə gələn əməkdaşların ay ərzində əldə etdikləri nailiyyətlər və görülən işlər haqqında ətraflı məlumat verilib.
Daha sonra 14 nəfər Birlik əməkdaşı faydalı işinə, nümunəvi əmək fəaliyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.