AZ

Türk Dünyasının Memarlıq İrsi TİKA-nın dəstəyi ilə Bakıda müzakirə olundu – FOTOLAR

Türk dünyasının memarlıq irsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən dəstəklənən beynəlxalq konqres çərçivəsində Azərbaycanın paytaxtı Bakı şəhərində  müzakirə edilib.

25–26 sentyabr 2026-cı il tarixlərində Xəzər Universitetinin ev sahibliyi, TİKA, Səlcuq Universiteti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Türk Dünyasının Memarlıq İrsi” adlı beynəlxalq konqresdə türk və islam memarlığının estetik və fəlsəfi yanaşmaları, memarlıqda istifadə olunan simvollar, monumental tikililərin qorunması və bərpası kimi mövzular akademiklər və mütəxəssislər tərəfindən geniş şəkildə müzakirə edilib.

Konqresə Azərbaycan, Türkiyə, Vyetnam, Pakistan, Rumıniya, İndoneziya, Banqladeş, Ukrayna, Gürcüstan və Slovakiyadan olan akademik və alimlər qatılıb. Müzakirələr paralel sessiyalar şəklində müxtəlif zallarda keçirilib və eyni zamanda elektron platformalar vasitəsilə onlayn izləmə imkanı da təmin olunub.

Konqrenin açılış mərasimində çıxış edən TİKA Bakı Koordinatorunun müavini Kürşad Özdemir, qurumun dünya miqyasında, xüsusilə də Türk dünyasında mədəni və memarlıq irsin qorunmasına yönəlmiş konkret layihələri haqqında məlumat verib:

"Mədəni irsin qorunması TİKA-nın xüsusi diqqət yetirdiyi sahələrdən biridir. Bu fəaliyyətlər yalnız tarixi abidələrin bərpası ilə məhdudlaşmır, eyni zamanda Türk dünyasının ortaq yaddaşını da gücləndirir. Biz bu yaddaşın gələcək nəsillərə ötürülməsi üçün bu gün olduğu kimi, elmi və akademik təşəbbüslərə dəstək verməyə davam edirik,” – deyə Özdemir bildirib.
 
 image-1

image-2
image-3
image-5
image-7
image-9
 
 

Seçilən
0
2
7news.az

3Mənbələr