AzVision.az xəbər verir ki, şirkət rəhbərlərinə və məsləhətçilərinə istinad edən “Financial Times” nəşri belə məlumat yayıb.
“Yüksək ixtisaslı işçilər üçün yeni viza qaydalarının xaotik şəkildə tətbiqi və Trampın siyasi rəqiblərinə qarşı hərəkətləri, əvvəllər“tariflərdə vaxtaşırı artımlar və endirimlər” lə bağlı narahatlığını ifadə edən direktorlar şuralarında yenidən həyəcan təbili çalıb”,- qəzet yazır.
Şirkət rəhbərləri həmçinin prezident sərəncamlarının qeyri-müəyyənliyinə də işarə edirlər ki, bu da ABŞ-da biznes qurmaq risklərini artırır. Bunun nəticəsi kimi bəzi Avropa şirkətləriartıq ABŞ iqtisadiyyatına sərmayəni azaltdıqlarını bəyan ediblər.
- Bu, sərmayəni bahalaşdırır. Şirkətlər qısamüddətli investisiyaları artırmağa və sərtminimum çərçivəsində fəaliyyət göstərməyə məcburdurlar ki, bu da son nəticədə ABŞ-də sərmayələrin azalmasına gətirib çıxarır”,- Avropanın transmilli şirkətlərindən birinin rəhbəri deyib.
Məsləhətçilərin iddiasına görə, ABŞ hakimiyyətitərəfindən immiqrasiya siyasətinin sərtləşdirilməsi biznes-qurumları fors-major hallar üşün planları hazırlamağa məcbur edir və ABŞ-dən kənarda məşğulluğu daha cəlbedici varianta çevirir.
“McIndoe Risk Advisory” konsaltinq şirkətinintəsisçisi Bryus Makindounun fikrincə, Ağ Evinhazırkı administrasiyası faktiki olaraq anti-miqrant mövqeyi tutur. Bu səbəbdən də şirkətlər öz imkanlarını ölkədən kənarda genişləndirməyi daha çox düşünürlər.
“Sentyabrın 19-da hakimiyyət texnologiya şirkətləri tərəfindən xarici mühəndislərin və digər ixtisaslı mütəxəssislərin cəlbində fəal şəkildə istifadə edilən “H1-B” vizaları üçün 100 min ABŞ dolları məbləğində rüsumun tətbiq olunduğunu açıqladılar. ABŞ-dən kənardakı belə viza sahiblərinə rüsum ödəməmək üçün dərhal ölkəyə qayıtmaq əmri verildi”,- “FT” xatırladır.
Hərçənd, sonradan Donald Tramp administrasiyası rüsumun yalnız yeni müraciətlərə şamil olunacağını bildirdi.
“Vialto Partners” şirkətinin biznes və işçilərə viza dəstəyi üzrə ixtisaslaşmış hüquqşünası Loren Mallen bildirir ki, şirkətlər indi xərclərin qiymətləndirilməsinə diqqət yetirirlər – bu rüsumuödəməyə dəyərmi, yoxsa həm qısa, həm də uzunmüddətli perspektivdə əsas kadrların xaricə köçürülməsi daha praktik addımdır?
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta