AZ

Zaqatalada sel bəndi yudu: təhlükə böyüdü - Video

Zaqatala şəhərində son günlər yağan leysan yağışlar fəsadsız ötüşməyib...

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.

Son günlər davam edən güclü leysan yağışlar Tala çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə şəhərin Nizami küçəsindən sel keçib.
Çayın daşması ərazidəki bəndin yuyulmasına gətirib çıxarıb. Nəticədə Tala çayının sağ sahilində yerləşən evlər üçün təhlükə yaranıb.

Poliqon.info

Seçilən
8
4
poliqon.info

5Mənbələr