AZ

MDB Oyunları: Azərbaycan üzgüçüləri daha 2 medal əldə ediblər  

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında daha 2 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qızların 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında Mehri Əbdürrəhmanlı və Anstasiya Qnussina fəxri kürsüyə qalxıblar. Onlar müvafiq olaraq, 2 və 3-cü yerləri tutublar.

Bu gün, həmçinin Oktay Hüseynov 200 metr məsafəyə “butterfly” (kəpənək) üsulu ilə üzmə yarışında gümüş medala sahib çıxıb.

Qeyd edək ki, üzgüçülük yarışları Gəncə İdman Sarayında keçirilir.

Seçilən
5
3
azerbaijan-news.az

4Mənbələr