AZ

Tramp Rusiyaya uzaqmənzilli zərbələr endirməyə icazə verib

Tramp

ABŞ prezidenti Donald Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək icazəsi verib.

Reyting.az
-ın məlumatına görə, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalına müsahibəsində bildirib.

K. Kelloq deyib ki, bu qərar Tramp administrasiyasının nümayəndələri tərəfindən də dəstəklənir.

ABŞ prezidentinin Ukraynanın Rusiyaya qarşı uzaq məsafədən zərbələr endirə biləcəyinə inanıb-inanmadığı ilə bağlı suala Kelloq “buna prezident icazə verib”,- cavabını səsləndirib.

“Düşünürəm ki, onun dediklərini, eləcə də vitse-prezident Vance və dövlət katibi Rubionun dediklərini oxuduqdan sonra cavab “bəli” olacaq. Uzaq məsafədən zərbə vurmaq qabiliyyətindən istifadə edin. Təhlükəsiz sığınacaqlar yoxdur”,-Kelloq qeyd edib.

Eyni zamanda o, bildirib ki, bəzən Pentaqon Ukraynaya belə zərbələr endirmək üçün icazə verməkdən imtina edib.

Bundan əvvəl qeyd olunurdu ki, ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskiyə Amerikanın Rusiya ərazisinə silah zərbələri endirməsinə qoyulan qadağanı ləğv etməyə hazır olduğunu bildirib.

Tramp qeyd edib ki, o, bu ideyaya qarşı deyil, lakin mənbənin sözlərinə görə, Ağ ev rəhbəri sadəcə şifahi bəyanatlarla çıxış edib və bu cür zərbələrə qoyulan qadağanı aradan qaldırmağı öhdəsinə götürməyib.

ELÇİN
Seçilən
12
reyting.az

1Mənbələr