AZ

"Turan Tovuz"da BİABIRÇI HADİSƏ - Baş məşqçi köməkçisi tərəfindən döyüldü!

«Turan Tovuz»da növbəti qalmaqal baş verib.

Bu barədə saytımıza məlumat klubdan daxil olub.

Redaksiyamızla əlaqə saxlayan əməkdaşlar bildirib ki, budəfəki hadisə əvəzedici komandanın düşərgəsində yaşanıb. Əvəzedicilər Liqasında ev oyunlarını Gəncədə keçirən «dubl»un baş məşqçisi Nizami Ocaqverdiyev köməkçisi Ruslan Məmmədovla dalaşıb.

İkilinin sözlü mübahisəsi təhqirə keçib. Sonra tərəflər əlbəyaxa davaya qalxıb. Onları sakitləşdirmək və bir-birindən aralamaq çətinlik yaradıb.

Yaxınlıqda yerləşən binada yaşayan sakinlər və ətrafdan keçən şəxslər Ocaqverdiyevlə Məmmədovu güclə sakitləşdirib.

Klubda işləyənlərin bildirdiyinə görə, hadisə rəhbərliyi möhkəm narahat edib. İdman direktoru Səməd Nəsibov olayı araşdırıb.

«Turan Tovuz»da fəaliyyət göstərən azsaylı təcrübəli kadrlardan biri olan S.Nəsibov dava-dalaşın motivini aydınlaşdırıb və N.Ocaqverdiyevin haqlı olduğunu müəyyənləşdirib.

O, R.Məmmədovu danlayıb və iş yerini dəyişib. Sonuncu bundan sonra akademiyada çalışacaq.

SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr