AZ

III MDB Oyunları: stolüstü tennis üzrə yarış...

Azərbaycanın daha iki stolüstü tennisçisi Adil Əhmədzadə və Mərziyyə Nurmətova III MDB Oyunlarında gümüş medal qazanıb.

Axar.az xəbər verir ki, fərdi yarışların finalında A.Əhmədzadə rusiyalı rəqibi Yevgeni Vasikova, M.Nurmətova isə Rusiyanın digər təmsilçisi Zlata Terekovaya 0:3 hesabı ilə məğlub olublar.

Daha əvvəl Onur Quluzadə də fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub - 0:3.

Bu gün Adil Əhmədzadə və Mərziyyə Nurmətova da fərdi mübarizədə final görüşunə çıxacaqlar.

Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.

Əlavə edək ki, daha əvvəl stolüstü tennisçisi Onur Quluzadə III MDB Oyunlarında gümüş medal qazanıb.

Seçilən
14
9
axar.az

10Mənbələr