AZ

Şor: “Moldovada minlərlə NATO əsgəri yerləşdirilib” - ÖZƏL

Moldovanın müxalifət bloku "Qələbə"nin lideri İlan Şor ölkədə bir neçə min NATO əsgərinin yerləşdiyini açıqlayıb. "Bu gün bizim məlumatımıza görə, Moldovada bir neçə min NATO əsgəri var. Avropa liderlərinin məqsədi Moldovanı ikinci Ukraynaya çevirməkdir, onlar müharibə aparmaq istəmir, amma vasitəsilə bunu etmək istəyirlər. Buna görə də son altı ay ərzində Moldova silahlarla təmin olunub", - Şor "Rossiya-24" telekanalına açıqlamasında bildirib. Olaylar.az xəbər verir ki, o, Qərbin ölkəni öz təcrübələri üçün poliqona çevirmək istədiyini də vurğulayıb.
Əvvəllər RANXİGS-in Hüquq və Milli Təhlükəsizlik İnstitutunun hərbi eksperti Aleksandr Stepanov açıqlamasında  bildirib ki, NATO respublika ərazisində yük lojistikası və hərbi bölmələrin hərəkətini nəzarətdə saxlamaq üçün bazalar formalaşdırır.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunun TASS-a təqdim etdiyi məlumatda isə qeyd olunub ki, Avropa İttifaqı Moldovanı işğal etməyə qərarlıdır və Transnistriyaya qarşı təzyiq məqsədilə Odessada NATO desantının yerləşdirilməsinə hazırlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr