AZ

Baş prokuror: Hüquq-mühafizə orqanları iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilər

Ətraf mühitin çirklənməsinin, torpaqların deqradasiyasının və təbii ehtiyatların həddindən artıq istismarının mənfi nəticələri planetimizin demək olar ki, hər bir sakinini narahat edir. COP-un himayəsi altında bütün dünyada hökumətlər bu çağırışlara adekvat cavab vermək, siyasi müzakirələr aparmaq və müvafiq qərarlar qəbul etmək üçün güclərini birləşdirirlər. Ancaq bu gün burada olmağımın səbəbi ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə üçün başqa, bir az daha az tanınan bir yanaşmanı - hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqdır. Düşünürəm ki, hüquq sahəsindəki həmkarlarım mənimlə razılaşacaqlar ki, cəmiyyətin təhlükəsizliyi üçün ciddi problemləri və hüquq-mühafizə orqanlarının rolunu müzakirə edərkən nadir hallarda iqlim dəyişikliyindən bəhs edirik. Ancaq əminik ki, onlar da bu prosesdə mühüm rol oynaya bilərlər.

Herbiand.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) açılış mərasimində bildirib.

"Əminliyimizin mənbəyi Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsini prioritetlərdən biri kimi müəyyən edən "yaşıl gündəm" lə bağlı siyasi iradəsi və geniş baxışıdır. Bu, bizi 2020- ci ildə Azərbaycan Prokurorluğunda yeni strukturun: Qeyri-Cinayət Prosesləri Departamentinin yaradılmasına gətirib çıxardı. Departament ətraf mühit qanunvericiliyinə əməl olunmasına prokuror nəzarəti həyata keçirərək cinayət təqibindən kənar proseslərdə dövlətin və cəmiyyətin maraqlarını qoruyur. Ancaq səylərimiz milli səviyyədə islahatlarla məhdudlaşmır. Heç bir ölkənin və ya ayrı bir hüquq-mühafizə orqanının tez-tez transmilli olan ekoloji problemlərin öhdəsindən təkbaşına gələ bilməyəcəyini qəbul edirik. Ona görə də bu məsələni beynəlxalq gündəliyə daxil etməyə çalışırıq. Belə ki, ötən il Bakıda keçirilən COP-29 zamanı Azərbaycan Prokurorluğu Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi ilə birgə ekoloji təhlükələrə qarşı mübarizə məqsədilə hüquq-mühafizə orqanlarının resurslarını məlumatlandırmaq və səfərbər etmək məqsədilə "İqlim dəyişikliyi sahəsində fəaliyyətin aktivləşdirilməsi üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi" mövzusunda yüksəksəviyyəli sessiya təşkil edib. Sessiyanın sonunda "Bakı fəaliyyətə çağırış" - gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradan tarixi bəyannamə qəbul edilib. Bu, qanunvericilik bazasının möhkəmləndirilməsinə, araşdırmaların aparılması imkanlarının təkmilləşdirilməsinə və ətraf mühit cinayətlərinə qarşı mübarizədə geniş əməkdaşlığın qurulmasına, dünyanın hər yerindən hökumətlərin, beynəlxalq təşkilatların və hüquq-mühafizə orqanlarının nümayəndələrinin birləşdirilməsinə yönəldilib”, - deyə Baş prokuror vurğulayıb.

Kamran Əliyev diqqətə çatdırıb ki, hazırda birgə səylər Bakını Braziliyanın Belem şəhəri ilə birləşdirən "Bakı fəaliyyətə çağırış"a əsaslanır:”Bu istiqamətdə fəal iştirakımızı davam etdirməyi planlaşdırırıq və bu çərçivədə yalnız bir neçə həftə sonra Belemdə COP30 çərçivəsində təşkil edilən paralel Prokurorluq Xidməti Rəhbərləri tədbirində təcrübəmizi bölüşəcəyik”.

Seçilən
10
6
herbiand.az

7Mənbələr