“Qarabağ”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Danimarkanın “Kopenhagen” klubu ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA oktyabrın 1-də Bakıda təşkil olunacaq görüşü Niderlanddan olan hakimlər briqadasına həvalə edib:
1 oktyabr
“Qarabağ” (Azərbaycan) – “Kopenhagen” (Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45
Baş hakim: Serdar Gözübüyük
Baş hakimin köməkçiləri: Ervin Zeinstra, Patrik İnia
Dördüncü hakim: Yannik Van Der Laan
VAR: Rob Dieperink
AVAR: Jeroen Manşot
(Hakimlər briqadası Niderlanddandır)
saytlarin hazirlanmasi