AZ

Sivasda istilik elektrik stansiyasında yanğın baş verdi

Sivasın Kanqal rayonunda, Hamal kəndində yerləşən istilik elektrik stansiyasında yanğın qeydə alınıb.

News365.az xəbər verir ki, hadisə şəhər mərkəzindən təxminən 25 kilometr aralıda baş verib.

Yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən briqadalar, xilasetmə və təcili yardım qrupları cəlb olunub.

Hazırda yanğınla mübarizə işləri davam etdirilir və stansiyada vəziyyətin nəzarət altında saxlanıldığı bildirilib.

News365.az 

Seçilən
3
news365.az

1Mənbələr