Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin dəvəti ilə Minskə işgüzar səfər edib.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetindən məlumat verilib.