AZ

Böyük Britaniya Azərbaycandan neft idxalını 21% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Böyük Britaniya bu ilin yanvar-avqust aylarında Azərbaycandan 237 milyon 52 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 153 milyon 843 min dollar və ya 39,4% azdır.

Hesabat dövründə Böyük Britaniyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 20,8% və ya 135 min 189 ton azalaraq 514 min 926 tona enib.

Qeyd edək ki, Böyük Britaniyaya ötən ilin eyni dövründə ixrac edilən neftin dəyəri 390 milyon 895 min dollar, miqdarı isə 650 min 115 ton olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
8
1
banco.az

2Mənbələr