AZ

Rusiyapərəstlər məğlub oldu: Kremldən ilk açıqlama gəldi

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moldovada keçirilən seçkilərə qiymət daha sonra verilməlidir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Peskov bildirib ki, ilk növbədə Moldova vətəndaşları seçki vəziyyətini başa düşməlidirlər. Rusiya liderinin mətbuat katibi onu da vurğulayıb ki, Moldovanın bəzi siyasi qüvvələri artıq öz fikir ayrılıqlarını və seçki pozuntularını bəyan edirlər.

"Bildiyimizə görə, bəzi siyasi qüvvələr öz fikir ayrılıqlarını bəyan edirlər və mümkün seçki pozuntularından danışırlar. Bizim burada hər hansı əsassız qiymət verməyimiz düzgün olmazdı. Qiymətləndirmələr sonradan, siyasi qüvvələrin özlərinin bu seçkilərlə bağlı mövqelərini necə müəyyənləşdirdiyi bəlli olduqdan sonra aparılmalıdır", - o deyib.

Qeyd edək ki, Moldovada keçirilən seçkilərdə Rusiyapərəst qüvvələr məğlub olub.

Seçilən
10
50
publika.az

10Mənbələr