AZ

Şagirdlərə ekoloji problemlərin həlli istiqamətində görüləcək işlər barədə məlumat verilib -FOTO

“Ekoloq” Ətraf Mühitin QorunmasınaYardım İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihə çərçivəsində seminarları davam etdirib və layihə fəaliyyətlərini uğurla tamamlayıb. 
Sherg.az xəbər verir ki, “Ekoloq” Ətraf Mühitin QorunmasınaYardım İctimai Birliyinin Mətbuat xidmətinin məlumatına görə, növbəti seminarlar 24-26 sentyabr tarixində Biəsuvar rayonunun Səmədabad qəsəbə Tam Orta məktəbində və Cəbrayıl qəsəbəsinin 10 saylı orta məktəb şagirdləri üçün keçirilib. Biəsuvar rayonun Səmədabad qəsəbə Tam Orta məktəbinin direktoru Əlitudə Eyniyev seminar iştirakçılarını salamlayaraq, Azərbaycan Respublikasının ekoloji məsələlərdə önəmli rol oynadığını və COP-29 tədbirlərinin əhəmiyyətinivurğulayıb və bu layihənin də gənclərimiz üçün olduqca əhəmiyyətli olduğunu bildirib. O, vurğulayıb ki, bu tipli seminarlar məktəblilərin ekoloji maariflənməsi baxımından əhəmiyyətlidir və bu istiqamətdə əməkdaşlıq davam etdirilməlidir. Sonra “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin sədri Aynurə Miriyeva iştirakçıları salamlayıb, layihə və onun hədəfləri barədə geniş məlumat verib. O, qlobal iqlim dəyişikliyi və onun dünya və ölkəmiz üçün fəsadları, iqlim dəyişiklikləri ilə mübarizə, COP-29-dan sonrakı dönəmdə Azərbaycanın iqlim dəyişiklikləri istiqamətində atacağı addımlar barədə təqdimat edib. Sonra şagirdlərə ekoloji problemlərin həlli isitiqamətində görülməli işlər və Bakıda keçirilən COP-29 tədbirlərinin davamı olaraq gənclərin üzərinə düşən vəzifələr barədə geniş təqdimat həyata keçirilib. Həmçinin bildirilib ki, layihənin əsas məqsədi məktəblərdə iqlim dəyişiklikləri barədə maarifləndirmə səviyyəsini artırmaq, iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın COP29 irsinin əhəmiyyətini vurğulamaqdır.  Layihə çərçivəsində iqlim dəyişikliyinin səbəbləri, təsirləri və həll yolları haqqında məlumatlar təqdim olunub. Seminarda gənclərin aktiv iştirakı və interaktiv müzakirələr vasitəsiilə onların ətraf mühitin qorunmasına olan marağını təşviq etmək, COP29 sonrası dönəmə yeniyetmə və gənclərin töhfə verməsini stimullaşdırmaq layihənin əsas hədəf mövzusu olub. Layihə fəaliyyəti üzrə təqdimatlardan sonra şagirdlərlə interaktiv disskusiyalar keçirilib və onları maraqlandıran suallar cavablandırılıb. Bununla da “Ekoloq” Ətraf  Mühitin Qorunmasına Yardım İctimai Birliyi “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı layihəni uğurla başa çatdırıb. 

Seçilən
102
11
sherg.az

10Mənbələr