AZ

Tiflisdə 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirildi

Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə bir sıra universitet tələbələri, mərkəzin nümayəndələri və şagirdlər iştirak ediblər.

“Alyans” Gənclər mərkəzinin direktoru Rəna Hüseynova açılış nitqi ilə çıxış edərək Anım Gününün əhəmiyyəti, Şəhidlərimiz və onların xatirələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra mərkəzin ingilis dili müəlliməsi Aytən Məmmədova ingilis dilində “September 27- Memorial Day in Azerbaijan” adlı mühazirə ilə çıxış edib.

Tədbir iştirakçıları Vətən müharibəsində qazanılan zəfərin ölkənin tarixi üçün əhəmiyyətini qeyd edərək, şəhidlərin qəhrəmanlıq ruhunun daim yaşadılmasının vacibliyini vurğulayıblar.

Seçilən
15
2
axar.az

3Mənbələr