AZ

Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından

Əməkdar artist Cabir İmanovun vəfat etdiyi idman zalının qarşısından görüntülər yayılıb.

Publika.az xəbər verir ki, hadisə yerinə təcili yardım briqadası və polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər.

C.İmanovun ürək fəaliyyətini bərpa etmək üçün ona elektroşok da tətbiq edilib. Lakin bu prosesin 20 dəqiqə davam etməsinə baxmayaraq, 49 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
21
6
publika.az

9Mənbələr