AZ

Stolüstü tennişçilər III MDB Oyunlarını 9 medalla başa vurublar

Qəbələ Olimpiya İdman Kompleksində III MDB Oyunlarının stolüstü tennis yarışlarına yekun vurulub. 

Gundem.az xəbər verir ki, idmançılarımız son oyun günündə daha 3 medal qazanıblar. Şəxsi yarışların finalında uduzan Onur Quluzadə, Adil Əhmədzadə və Mərziyyə Nurmətova fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Xatırladaq ki, bundan əvvəl oğlanlardan və qızlardan ibarət kollektiv komanda yarışlarında, Onur Quluzadə ilə Adil Əhmədzadə qoşa yarışlarda gümüş mükafata layiq görülüb. Qarışıq-qoşa yarışlarda bacarığını göstərən Onur Quluzadə-Mərziyyə Nurmətova cütü və qoşa yarışlarda mübarizə aparan Aylin Əsgərova-Yağmur Məmmədli tandemi üçuncü yeri tutub.

Yağmur Məmmədli isə 14 yaşlılar arasında bürünc medal qazanıb. Beləliklə, stolustü tennisçilər III MDB Oyunlarını 6 gümüş, 3 bürunc medalla başa vurublar.

Seçilən
1
2
gundem.az

3Mənbələr