AZ

Bir-birlərini təhqir etdilər,oturacağı sındırdı, şöbəyə aparıldı - VİDEO

Premyer Liqanın 6-cı turunda “Turan Tovuz” Suraxanıda nominal meydan sahibi qismində “Kəpəz”i qəbul edib (3:0).

Qərb derbisində tovuzluların 1 saat ərzində rəqib qapısından 3 top keçirməsi gəncəli azarkeşləri özündən çıxarıb.

“Xəmsə” və “Kəpəz Ultras”ın yer aldığı tribunadan “Turan Tovuz”un ünvanına təhqiramiz şüar səsləndirilib. Çox keçmədən qarşı sektordan eyni məzmunlu cavab gəlib.

Həmin vaxt “Xəmsə”nin üzvlərindən biri oturacağı sındırıb.

Stadiona ziyan vurulduğunu görən polislər xuliqanlıq edən azarkeşi polis şöbəsinə aparıb.

HƏBİB / SPORTİNFO,AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
14
sportinfo.az

1Mənbələr