2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın qiyməti sentyabrın 29-da Comex birjasında 1 unsiya üçün 3 850 ABŞ dollarını keçərək tarixi maksimuma çatıb.
Məlumata görə, Bakı vaxtı ilə 15:15-də kotirovkalar 3 851,6 dollar (+0,72%) olub, beş dəqiqə sonra isə 3 852,7 dollara (+0,75%) yüksəlib.
Qiymət artımı yüksək investisiya fəaliyyəti və qoruyucu aktivlərə tələbatın artması ilə izah olunur.
N.Təbrizli