Azərbaycanın daha bir samboçusu III MDB Oyunlarında medal qazanıb.
Operativ Media-nın məlumatına görə, bu dəfə Rüstəm Qasımzadə gümüş mükafatla kifayətlənib.
O, finalda Rusiya təmsilçisi İsmail Makhozhevə məğlub olub.
Qeyd edək ki, daha öncə samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.
O, finalda özbəkistanlı Qamzat Maksetbayevi məğlub edib.