AZ

Bayramov Qazaxıstanın yeni XİN rəhbərinə zəng etdi

Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın yeni təyin olunmuş xarici işlər naziri Yermek Koşerbayeva zəng edib. 

"Cebheinfo.az" XİN-ə istinadən xəbər verir ki, nazir Y.Koşerbayevi xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona yeni fəaliyyətində uğurlar arzulayıb.

Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar. İki ölkə arasında mövcud çoxşaxəli əməkdaşlığın inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əminlik ifadə olunub. 

Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, cari ilin oktyabr ayında Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq barədə məlumat verilib.

Y.Koşerbayev təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.

"Cebheinfo.az" 

Seçilən
8
25
cebheinfo.az

10Mənbələr