AZ

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Bakı. Trend:

Sentyabrın 29-da Almaniyanın Frankfurt şəhərində SIBOS 2025beynəlxalq konfransı başlanıb. Builki konfrans “Qlobal maliyyəninyeni sərhədləri” mövzusuna həsr edilib.

Beynəlxalq maliyyə dünyasının ən böyük və mühüm kommunikasiyaplatformalarından olan tədbirdə ABB də öz stendi ilə təmsil olunur.Bankın İdarə Heyətinin sədri Abbas İbrahimovun rəhbərlik etdiyinümayəndə heyəti tədbir müddətində iştirakçılara ABB-nin fəaliyyətihaqqında məlumat verəcək, bir sıra mühüm görüşlər keçiriləcək,əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

ABB nümayəndə heyətinin Citibank, The Bank of New York Mellon,JP Morgan, Commerzbank, Raiffeisen Bank, Zürcher Kantonalbank,Intesa Sanpaolo Bank, ABN AMRO Bank, Türkiye İş Bankası, AktivBank,Ziraat Bank, Abu Dhabi Commercial Bank, Sumitomo Mitsui BankingCorporation və digər maliyyə qurumlarının təmsilçiləri iləgörüşləri planlaşdırılıb.

ABB nümayəndələri maliyyə texnologiyaları, süni intellekt, data,maliyyə inklüzivliyi və s. ilə bağlı müxtəlif tədbirlərdə dəiştirak edərək ölkə bankçılığında tətbiq etmək üçün yeni, faydalıtəcrübələrlə tanış olacaqlar.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib:“SIBOS beynəlxalq konfransı dünyanın ən böyük bankları iləən böyük texnologiya şirkətlərini bir araya gətirən maraqlıplatformadır. ABB olaraq bu il burada iştirakımız bizə yeniimkanlar açacaq. Texnoloji inkişaf trendlərini daha yaxından təqibetmək, beynəlxalq tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirmək üçünyaxşı fürsətlərimiz olacaq. Bir sözlə, SIBOS 2025 bizim üçün yenifürsətlər, yeni imkanlardır”.

Ənənəvi SIBOS konfransının təşkilatçısı Ümumdünya BanklararasıMaliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). Tədbir hər ildünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir arayagətirir, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yenibankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanlarıyaradır, işgüzar əlaqələrin qurulmasına kömək göstərir. SIBOS 2025oktyabrın 2-dək davam edəcək.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmiFacebook səhifəsindən əldə etmək olar.

Məqalədə:
Seçilən
3
11
az.trend.az

10Mənbələr