AZ

Ukrayna ilk dəfə İsveçin "Gripen" qırıcılarını alacaq

BAKI, 29 sentyabr. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələrinin donanması İsveçin dördüncü nəsil "Gripen" qırıcıları ilə genişləndiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini general-leytenant İvan Qavrilyuk "BBC"yə müsahibəsində bildirib .

Onun sözlərinə görə, əlavə təyyarələrin tədarükü gözlənilir. Bunlara İsveç qırıcılarından əlavə, artıq ukraynalı pilotlar tərəfindən idarə olunan Amerika "F-16-lar"ı və Fransanın"Miragelər"i daxildir.

Eyni zamanda, general-leytenant onların nə vaxt göndəriləcəyini və nə qədər olacağını açıqlamayıb.

“Onları Ukrayna üzərində havada görəndə, o zaman biləcəksiniz" - deyə, general bildirib.

Seçilən
20
teleqraf.com

1Mənbələr