AZ

Filarmoniyada Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutub - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert baş tutub.

Dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Sahun Sam Hong (piano, ABŞ), So Young Choi (violin, Koreya) dinləyicilər qarşısında çıxış edib.
Proqramda F.Mendelssohn violin, piano və simlilər üçün ikili konsert (d-moll), Vasif Adıgözəlov "Mərhələlər" simfonik poeması və İqor Stravinski "Simurq quşu" baletindən Süita (ikinci redaksiya) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
17
milli.az

1Mənbələr