AZ

Məktəb avtobusları avtobus zolaqlarına...

Ajans.az xəbər verir ki, “Report”un sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında AzərbaycanYerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək. Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev “Report”a eksklüziv açıqlamasında bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəbavtobusları layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

Seçilən
6
14
Ajans.az

10Mənbələr