AZ

Məktəb avtobusları avtobus zolaqlarına daxil ola biləcək? – AYNA-dan AÇIQLAMA

Azərbaycanda oktyabrın 1-dən istifadəyə veriləcək məktəb avtobuslarının avtobus zolaqlarına daxil olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məktəb avtobusları avtobus zolaqlarına daxil ola bilməyəcək.

Məlumata əsasən, avtobus zolaqlarında yalnız müntəzəm avtobus marşrutları və operativ nəqliyyat vasitələri hərəkət edə bilər.

Xatırladaq ki, bu gün elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda oktyabrın 1-dən məktəb avtobusları layihəsi başlayacaq. O qeyd edib ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq.

Seçilən
6
13
avtosfer.az

10Mənbələr