AZ

Broyler qadağası iddialarına RƏSMİ CAVAB

“Bir sıra qabaqcıl ölkələr insan sağlamlığına zərərli olduğu üçün broylerin istehlakını qadağan ediblər”.

KONKRET.az xəbər verir ki, bunu Baku TV-nin “Aktual Gündəm” verilişində biologiya elmləri doktoru, professor Əhəd Nəbiyev deyib.

Proqramda Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri (APEPEA) Mürvət Həsənli isə Əhəd Nəbiyevin fikrinə qarşı çıxıb.

“Dünyanın ən qabaqcıl ölkəsi ABŞ-dir. Burada ildə adambaşına 52 kiloqram toyuq əti istehlak olunur. Yaponiyada bu göstərici 14 kiloqram yarım, Rusiyada 26, Türkiyədə 26, Avropa ölkələrində isə 45 kiloqramdır. Dünyanın heç bir ölkəsində broyler qadağan olunmayıb. Sizin sahəniz qida mühəndisliyi və şərabçılıqdır, gedin, işinizlə məşğul olun”, – Mürvət Həsənli söyləyib.

 

Seçilən
2
1
konkret.az

2Mənbələr