AZ

Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub - Baş nazir

Bakı. Trend:

Azərbaycanda sənayeləşmə yeni mərhələyə qədəm qoyub.

Trend xəbər verir ki, bunu Azərbaycanın Baş Naziri Əli ƏsədovMinskdəki BELEXPO Beynəlxalq Sərgi Mərkəzində “Yeni Texnologiyalarİttifaqı: Gələcəyin sənayesinin yaradılması” mövzusunda keçirilənplenar iclasda deyib.

"Dördüncü Sənaye İnqilabı dövründə texnoloji tərəqqiiqtisadiyyatın və cəmiyyətin bütün sahələrinə əsaslı şəkildə təsirgöstərir. Bu mühitdə davamlı inkişaf texnoloji tendensiyalarıstrateji cəhətdən idarə etmək bacarığından çox asılıdır", - deyə obildirib.

Əli Əsədov qeyd edib ki, Azərbaycanda rəqəmsallaşma və texnolojiinnovasiyaların iqtisadiyyata tətbiqi sahəsində məqsədyönlütədbirlər həyata keçirilir:

"Təsadüfi deyil ki, ölkənin beş milli prioritetindən biridayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təminedilməsidir. Bu kontekstdə rəqəmsal iqtisadiyyata keçidinsürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas stratejihədəflər sırasındadır. Dövlətin rəqəmsal iqtisadiyyata üstünlükverdiyini nəzərə alaraq, özəl sektorun yeni tələblərə uyğunlaşmasıxüsusilə vacibdir.

Azərbaycan Respublikası tərəfindən qəbul edilmiş “Rəqəmsalİnkişaf Konsepsiyası” və “Süni İntellekt Strategiyası” sahibkarlıqsubyektlərinin rəqəmsal infrastrukturunun gücləndirilməsinə vətexnoloji adaptasiyanın sürətləndirilməsinə xidmət edir. Eynizamanda, 2025-2028-ci illəri əhatə edən “Rəqəmsal İqtisadiyyatınİnkişaf Strategiyası” hazırlanıb”, - deyə baş nazir əlavə edib.

O bildirib ki, Azərbaycan bu gün nəinki qlobal texnolojitendensiyaları izləyən, həm də onları uğurla uyğunlaşdıran, onlarıəməli nəticələrin əldə olunmasına yönəldən qabaqcıl ölkələrdənbirinə çevrilmək əzmi nümayiş etdirir:

"Bu baxımdan “Dördüncü Sənaye İnqilabının Təhlili vəKoordinasiyası Mərkəzi” ölkəmizin texnoloji transformasiyagündəliyinə öz töhfəsini verməkdədir. O, Dünya İqtisadi ForumununDördüncü Sənaye İnqilabı şəbəkəsinin 24 qlobal mərkəzindənbiridir.

Son on ildə Azərbaycan sənayeləşməni təkcə iqtisadi siyasətintərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafıntəməli kimi müəyyən etmişdir. Azərbaycanda sənayeləşmə yenimərhələyə qədəm qoyub, burada əsas diqqət təkcə istehsalınartırılmasına deyil, həm də onun səmərəliliyinin və rəqabətqabiliyyətinin artırılmasına yönəlib", - deyə Əli Əsədovbildirib.

Baş nazir vurğulayıb ki, sənaye zonalarının inkişafı vəinvestisiya təşviqləri texnologiya, istedad və infrastrukturuninnovasiyaları və ixraca əsaslanan artımı dəstəklədiyi ekosistemləryaradır.

"Azərbaycanın sənaye transformasiyasında əldə etdiyinailiyyətlər beynəlxalq səviyyədə tanınıb. Azərbaycan Dövlət NeftŞirkətinə məxsus “Petkim” və “STAR” neft emalı zavodları dünyanınən qabaqcıl rəqəmsallaşmış sənaye obyektləri sırasında Dünyaİqtisadi Forumunun nüfuzlu mükafatına layiq görülüb.

Bu il Azərbaycandakı "SOCAR karbamid" zavodu da bu mükafatalayiq görülüb. Bu nailiyyətlər Azərbaycanın sənayetransformasiyasına iddialı və mütərəqqi yanaşmasının parlaqnümunəsidir. Bu nailiyyətlər Azərbaycanın sənaye transformasiyasınaiddialı və mütərəqqi yanaşmasının parlaq nümunəsidir”.

Əli Əsədov qeyd edib ki, dövlət dəstəyi çərçivəsində qabaqcıltexnologiyaların tətbiqinə və bunun nəticəsində sənayemüəssisələrinin səmərəliliyinin və rəqabət qabiliyyətininartırılmasına şərait yaradan “Sənaye 4.0 Hazırlıq Proqramı" həyatakeçirilir.

"Beləliklə, Azərbaycan yeni texnologiyaların tətbiqi vəsənayesinin transformasiyası istiqamətində sistemli siyasətaparır.Azərbaycan uğurlu sənaye transformasiyasının açarı olan,qabaqcıl texnologiyaların və təcrübə mübadiləsinə imkan verənbeynəlxalq əməkdaşlığı gücləndirməyə sadiqdir", - deyə Baş naziryekunlaşdırıb.

Seçilən
1
2
az.trend.az

3Mənbələr