AZ

Məktəblilər üçün yenilik - Çatbot hazırlanır

Azərbaycanda rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək çatbot hazırlanır.

Publika.az xəbər verir ki. bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Emrullayev deyib.

Nazir bildirib ki, hazırlanacaq sistem bütün dərslikləri öyrənəcək və xüsusilə Azərbaycan tarixi, Azərbaycan dili və digər əsas fənlər üzrə şagirdlərə dəstək verəcək.

E.Emrullayev əlavə edib ki, yeni strategiyada 2027-2030-cu illər üçün təhsil proqramlarında süni intellektin tətbiqi xüsusi diqqət mərkəzində olacaq:

Seçilən
12
5
publika.az

10Mənbələr